Sizin Reklam Burada
Xəbər lenti
10-10-2024
09-10-2024
BÜTÜN XƏBƏRLƏR

Pezeşkiandan Azərbaycanla bağlı ilk həmlə: Hərəkətə keçdi, ilin sonunadək...

Tarix: 18-09-2024 15:56     Baxış: 4153 A- / A+


Manevr.az bildirir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cənubi Qafqazdakı son geosiyasi gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyandan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə də danışdı. Hər iki liderlə sülh məsələsi müzakirə olundu. Bayden administrasiyasının artan fəallığı belə təəssürat yaradır ki, Ağ Evdə sülh müqaviləsinin ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər imzalanmasını istəyirlər. Amerikanın artan fəallığı bununla əlaqəlidirmi?
- Blinkenin Əliyev və Paşinyana zəng eləməsinin bir neçə səbəbi var. Birincisi, dediyiniz kimi, çalışırlar ki, noyabrda keçiriləcək seçkilərə qədər sülh müqaviləsi olmasa da, ən azı çərçivə sazişi imzalansın. Bu, seçkilərdən öncə Demokratların (onların namizədi Kamala Harrisin) da reytinqinə müsbət təsir edərdi. İkincisi, Rusiyanın fəallığı Vaşinqtonda narahatlıq yaradır. Putin avqustda Bakıda oldu, bundan sonra Zəngəzur dəhlizi məsələsi yenidən aktuallaşdı. Rusiyanın bu məsələdəki fəallığı ABŞ-ın maraqlarına ziddir. Əslində, bu, Cənubi Qafqaz ölkələrinin də maraqlarına uyğun deyil. Çünki Rusiya Zəngəzur dəhlizinə nəzarət etsə, həm də Orta dəhlizə nəzarət etmiş olacaq. Sülh sazişinin imzalanmasını ona görə istəyirlər ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanları azalsın.
Həmçinin Vaşinqton və Blinken görür ki, Ermənistanla Azərbaycan arasında danışıqlar intensivləşib. Faktiki olaraq, sülh müqaviləsinin böyük hissəsi razılaşdırılıb, anlayırlar ki, məsələni qısa müddətdə həll etmək olar.
Telefon zənginin bir başqa səbəbi də ola bilər. Yaxın günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası keçiriləcək. Blinken də bundan istifadə edərək, ötən il olduğu kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. İndi bu məsələni İlham Əliyev və Nikol Paşinyanla razılaşdırmağa çalışır. Hesab edirlər ki, bu görüş sülh sazişinin imzalanmasını daha da yaxınlaşdıra bilər.
- Bu günlərdə Böyük Britaniya Məxfi Kəşfiyyat Xidmətinin baş direktoru Riçard Mur Bakıda, Fransa xarici işlər naziri Stefan Sejurn da İrəvanda oldu. Əzəli rəqiblərin səfər proqramlarının üst-üstə düşməsi bir təsadüfi idimi?
- Səfərlər arasında əlaqənin olduğunu düşünmürəm. Hesab edirəm ki, Riçard Murun səfəri daha çox COP29-la bağlı ola bilər. Çünki noyabrda keçiriləcək tədbirə müxtəlif ölkələrdən, o cümlədən Britaniyadan da böyük heyətlər qatılacaq. Ola bilsin, kəşfiyyat məlumatları ilə bağlı Azərbaycan hakimiyyəti ilə fikir mübadiləsinə ehtiyac var. Əsas səbəblərdən biri bu ola bilər.
Mümkündür ki, Rusiya ilə bağlı da fikir mübadiləsi aparılıb. Çünki Rusiya Ukraynada müharibə aparmasına baxmayaraq, son vaxtlar Cənubi Qafqaza da təsirlərini artırmağa çalışır. Ola bilsin, bu, Britaniyanı da narahat etməyə başlayıb. Yəqin Zəngəzur dəhlizi ilə bağlı son gəlişmələr də Londonu narahat edir. Ehtimal etmək olar ki, bu və digər mövzular ətrafında Bakıda fikir mübadiləsi aparılıb.
- Ermənistan Çinlə hərbi əməkdaşlığa maraq göstərməyə başlayıb. Ermənistan müdafiə naziri Suren Papikyan ötən günlərdə Pekində olarkən hər iki tərəf belə bir əməkdaşlıqda maraqlı olduğunu bəyan etdi. İrəvanla hərbi əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayan Çinin nəyinə lazımdır?
- Çinin də bölgədə maraqları var. Artıq Çin burada regional oyunçulardan birinə çevrilib. Orta dəhliz tam gücü ilə işə düşsə, Cənubi Qafqazda sülh və sabitlik Çin üçün də əhəmiyyətli olacaq. Bu yöndə Azərbaycanla strateji sənəd də imzalanıb. Amma Çin hələlik Hindistandan fərqli olaraq, tərəflər texnika və silah satmayıb. İndi Pekin Ermənistanla hərbi əməkdaşlığa başlasa, məncə, bu, Çin-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək.
Papikyan Çindən əvvəl Cənubi Koreyaya da səfər etmişdi, hətta bir nümayəndə heyəti də Yaponiyaya göndərmişdilər. Yəni Ermənistan silah almaq istədiyi ölkələrin siyahısını artırmağa çalışır. Hazırda Fransa, Hindistan və İrandan alırlar. Görünür, indi Çin, Cənubi Koreya və Yaponiyadan da nəsə qoparmağa cəhd edirlər. Məncə, səfərlərin əsas qayəsini bu təşkil edir.
Çin hələlik Azərbaycanla Ermənistan arasında balansı qoruyur. Amma Papikyanın səfərindən sonra, qarşıdakı dövrdə Çinlə Ermənistan arasında hərbi əməkdaşlıq artarsa, bu, Çin-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək.
Ətraflı
- Ən müxtəlif oyunçuların - Britaniya, ABŞ, Türkiyə, Rusiya, Çin, Fransa, Almaniya və İranın Cənubi Qafqazla bağlı fəallıqları artıb. Bir-birlərinə zidd mövqelərdə dayanan qüvvələrin bölgəyə axını yerdə mürəkkəb durum yaradır. Region bu çətin tənliyin içindən necə çıxacaq?
- Bəzi hallarda bu ölkələrin maraqları üst-üstə düşür, bəzi məqamlarda da toqquşur. Hətta bəzən tərəfdaşlar arasında da maraqlar kəsişir. Məsələn, Rusiyanın Zəngəzur dəhlizinə marağının artması İranda narazılıq və narahatlıq yaradıb. Hətta İran Təhlükəsizlik Şurasının katibi Moskvaya göndərildi. Halbuki İran və Rusiya strateji tərəfdaşdır. Üstəgəl, Zəngəzur dəhlizi Tehranda deyilənin əksinə olaraq, İrana təhlükə yaratmır. Bu, Ermənistan-İran sərhədinin bağlanması demək deyil.
Məncə, Ermənistan Azərbaycanın şərtini qəbul edib Konstitusiya dəyişikliyinə getsə, ardınca sülh müqaviləsi imzalansa, region xarici təsirlərdən qurtula bilər. İlham Əliyev ötən il Tiflisdə olarkən Qafqaz Evi ideyasını irəli sürmüşdü. Sülh olmalıdır ki, bu ideya reallaşsın. Qafqaz Evi reallaşarsa, regionda birgə əməkdaşlıq formalaşar, bununla üç ölkə bəd niyyətləri olan kənar dövlətlərin təsirlərini neytrallaşdırardı. Amma bunun üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır.
- Zəngəzur dəhlizi məsələsi artıq İranla Rusiya arasındakı bir problemə çevrilib. Tehran dəhlizin açılmasını istəmir, Moskva "açılacaq" deyir. İndi kimin dediyi olacaq?
- İran Rusiyadan daha çox asılıdır. İnanmıram ki, İran Zəngəzura görə Rusiya ilə münasibətləri gərginləşdirəcək və soyudacaq. İranın narazılıqları var, amma Rusiyanın da öz maraqları mövcuddur. İran dəhlizin açılmasını istəmir, Rusiya da dəhlizə nəzarət etmək istəyir. Bunların heç biri Azərbaycan və Ermənistanın maraqlarına uyğun deyil.
Rusiyanın İranın maraqlarını nəzərə alacağını düşünmürəm. Əslində, artıq İranın maraqları nəzərə alınıb. Azərbaycanla İran arasında bir anlaşma var ki, bir dəhliz də Güney Azərbaycandan keçəcək. Bu da Araz dəhlizi adlanır. Azərbaycan enerji bazarlarını şaxələndirdiyi kimi, nəqliyyat yollarını da çoxşaxəli etməyə çalışır.
İran da gələcəkdə Zəngəzur dəhlizindən faydalana bilər. Azərbaycan və Ermənistan dəhlizlə bağlı razılaşma əldə etsə, buna nə İran, nə də Rusiya mane ola biləcək.
- İran Prezidenti Məsud Pezeşkian söyləyir ki, Tehran Azərbaycan, Türkiyə və Pakistanla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Söhbət nə kimi projelərdən gedir, yoxsa İran Azərbaycan-Türkiyə-Pakistan ittifaqında özünə yer eləmək istəyir?
- Azərbaycan müxtəlif regional layihələri dəstəkləyir. Elə bir regional layihə yoxdur ki, bunun maraqlarımıza zidd olduğunu deyək. Məsələn, Şimal-Cənub, Orta, Araz və Zəngəzur dəhlizləri maraqlarımıza uyğundur. İndi Hindistan İranın Çabahar limanını özəlləşdirib, oradan Şimal-Cənub nəqliyyat dəhlizinə çıxmaq istəyir. Pakistanla bağlı da müəyyən yol projeləri var. Çin Pakistan üzərindən fərqli məkanlara çıxmaq istəyir. İran da özünü bu layihələrin bir qismində görür. Ola bilsin, bunlarla bağlı təklifləri var. Belə təkliflər edilsə, Azərbaycan bunların əleyhinə olmayacaq.
Azərbaycan düşünür ki, belə nəqliyyat layihələrində birgə iştirakla gərginlik yaradan digər məsələləri də yumşaltmaq mümkündür. Buna görə də, İranın təşəbbüsləri müzakirə oluna bilər.
Pezeşkiana gəlincə, birinci xarici səfərini İraq etdi, artıq Türkiyəyə gedəcəyini açıqlayıb. Azərbaycana nə vaxt gələcəyi bəlli deyil. Pezeşkian COPA29-a dəvət edilib. Hesab edirəm ki, Pezeşkian COP29-a gəlməsə belə, ilin sonuna qədər onun Azərbaycana səfəri də reallaşacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar