Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu vəzifəli şəxslər cərimələndi

Tarix: 16-09-2024 14:54     Baxış: 3305 A- / A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Biləsuvar bələdiyyəsinin sədri İlqar Vəlixan oğlu Abasova və rayonun Yuxarı Ağalı bələdiyyəsinin sədri Ehtibar Dəmir oğlu Əcəmova cərimə yazıb.
Manevr.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, buna səbəb bələdiyyə sədrlərinin yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozması olub.
Belə ki, nazirlik bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib. İşlər hakim Rəfayil Əliyev və Mədinə Rəsulovanın sədrliyi ilə araşdırılacaq.
Protokol tərtib olunan maddədə deyilir ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar