Xəbər lenti
Anardan Elza Seyidcahanın qalmaqallı şeirinə reaksiya

Sözügedən şeirin efirdə səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub. Hətta bunu E.Seyidcahanın insanları təhqir etməsi kimi dəyərləndirənlər də var. Əməkdar artist buna görə AYB-dən uzaqlaşdırıla bilərmi?
Manevr.az xəbər verir ki, Globalinfo.az-a danışan AYB sədri Anar Rzayev məsələdən məlumatsız olduğunu bildirib.
“Hazırda bağda dincəlirəm. Məzuniyyətdə olduğum üçün televiziya və sosial şəbəkələri izləmirəm. Açığı, Elza xanımın necə bir şeir deməsindən məlumatsızam. İstirahətdən qayıdan kimi, həmin görüntüləri izləyəcəm”, - o deyib.
Anar Rzayev Elza Seyidcahanın AYB-dən kənarlaşdırılmasının mümkünlüyündən danışıb:
“Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozan kəslər AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar