Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sabahdan “Böyük Qayıdış” proqramı çərçivəsində Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək.
Manevr.az nazirliyə istinadən xəbər verir ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2,8 manat, Bərdə-Xocalı istiqamətində 2,5 manat təşkil edir.
Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.
Xəbər lenti
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































