
Xəbər lenti
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bağlanmış veb-səhifəsi yenidən bərpa edildi

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, müasir dizayn və yüksək texniki imkanları özündə birləşdirən internet informasiya resursunun proqram təminatı müvafiq dövlət qurumlarının müəyyən etdiyi meyarlara uyğun hazırlanıb. Bu, istifadəçilərin məlumatlarının təhlükəsizliyini təmin etmək və saytın etibarlılığını artırmaq məqsədini daşıyır.
İstifadəçi rahatlığını nəzərə alaraq müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında hazırlanmış internet informasiya resursu quruluş və məzmun baxımından da istifadəçilər üçün rahatlığı ilə fərqlənir. İnternet informasiya resursunda Akademiyanın fəaliyyəti, mövcud fakültələr, kafedralar, kitabxana, elanlar, qəbul və digər sahələr haqqında ətraflı və asan əldə edilə bilən məlumatlar təqdim olunur. Bu məlumatların əhatəliliyi və əlçatanlığı istifadəçilərə Akademiyanın fəaliyyətinin müxtəlif aspektlərini daha yaxşı başa düşməyə kömək edir.
İnternet informasiya resursunun bir neçə dildə daim yenilənməsi nəzərdə tutulub ki, bu da xarici istifadəçilərin məlumatları asanlıqla əldə etmələrini təmin edir. İnternet informasiya resursunda "Heydər Əliyev Mərkəzi", "Akademiya həyatı", elmi-tədqiqat, fotoqalereya bölmələri də mövcuddur. Bu bölmələr Akademiyanın fəaliyyətini vizual olaraq təqdim edir və ictimaiyyəti Akademiyanın yenilikləri ilə tanış edir. İnternet informasiya resursunda Akademiyanın elmi jurnalı üçün ayrıca səhifə hazırlanıb və keçid verilib.
Yeni tədris ilində istifadəyə verilən internet informasiya resursu ümumilikdə Akademiyanın fəaliyyətini daha şəffaf və əlçatan edəcək, həmçinin vətəndaşların Akademiya ilə əlaqəsini daha da asanlaşdıracaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar