Xəbər lenti
"Azərbaycan və İtaliya etibarlı strateji tərəfdaşdır" - Müşfiq Məmmədli
Azərbaycan və İtaliya uzun illərdir ki, etibarlı strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmayıb, ticarət və humanitar layihələrə də sirayət edir.
Bunu Manevr.az-a aşıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib:
"Xüsusilə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq, ölkəmizin dünyada bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Cənub Qaz Dəhlizi layihəsi kimi mühüm enerji layihələri İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da güclənməsinə xidmət edir. Bununla yanaşı, İtaliya-Azərbaycan Universiteti kimi humanitar layihələr də ölkələr arasında əlaqələrin diversifikasiyasına töhfə verir. Hər iki ölkə arasında siyasi etimad yüksək səviyyədədir və bu əməkdaşlıq qarşılıqlı hörmət və maraqlar üzərində qurulub. Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda vurğuladığı kimi, Azərbaycanın İtaliya ilə əlaqələri gələcəkdə daha da dərinləşəcəkdir. Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr isə Avropanın enerji xəritəsində mühüm rol oynayır. Bu yaxın əlaqələr Azərbaycan-İtaliya münasibətlərinin daha geniş Avropa coğrafiyasında da təsirini artırır", M.Məmmədli vurğulayıb.
Natəvan Qocayeva,
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar