Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Saray körpüsü uçma təhlükəsi ilə üz-üzə: Əhali dua edə-edə yolu keçir – Videoreportaj

Tarix: 09-09-2024 20:02     Baxış: 385 A- / A+


 
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təhlükəli vəziyyət hələ də davam edir. Neçə ildir ki, bir hissəsində yaranmış çatlara görə körpü uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Oradan keçən avtomobillər böyük risk altında hərəkət edirlər. Maşınların keçidi zamanı körpünün silkələndiyi aydın hiss olunur. Hətta sürücülər maşınları saxlamasın deyə həmin hissədə işıqforun fəaliyyəti dayandırılıb. 

Saray sakinlərinin sözlərinə görə, orada risk hər ötən gün bir az da artır. Vətəndaşlar həmin yolu xüsusi həyəcanla keçir.
“Azyaşlı övladlarımız avtobusla həmin hissədən keçirlər. Hər gün dua edirik. Hər şey ola bilər. Olacaq bir dəfə olur”,- deyə sakinlərdən biri bildirir.
Saraylıları ən çox narahat edən ağır çəkili yük maşınlarının həmin hissədən keçididir. 
“Yolun yük maşınlarına tab gətirəcəyinə əmin deyilik. Ağır çəkili avtomobillər keçəndə deyirik ki, indicə körpü uçacaq”.
Sakinlər deyir ki, hər dəfə yamaq vurmaqla aidiyyəti orqanlar vəziyyətdən çıxırlar. Ancaq körpünün bir yolluq təmiri hələ də ləngiyir
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Bildirildi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib. Yaxın günlərdə körpüyə yenidən kompleks baxış keçiriləcək və qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı müvafiq rəy hazırlanacaq. Rəyin cavabına uyğun olaraq körpüdə tədbirlər görüləcək.

Manevr.az bildirir ki, yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı Musavat.com-a açıqlamasında qeyd edib ki, yollarda, körpülərdə, ötürücülərdə təhlükəli vəziyyət varsa, mütləq müayinə aparılmalı və bu təhlükə vaxtında aradan qaldırılmalıdır. Sürücüləri risk qarşısında qoymaq olmaz.
“Xeyli müddətdir Saray körpüsündə təhlükə barədə məlumat yayılsa da rəsmi olaraq fikir bildirilmir. Biz hələ də bilmirik ki, orada təhlükə var, yoxsa yoxdur.  Vizual görünən təhlükədir, yoxsa dərindən araşdırmalıdır. Nə dərəcədə risk var.  Saray körpüsü sökülüb yenidənmi tikilməlidir, yaxud hansısa cari təmirlə aradan qaldırmaq mümkündür. Bu barədə məlumat olmadığına görə bizim üçün də konkret fikir bildirmək çətindir.  FHN, AYNA mütləq ərazini nəzarətə götürməli və təhlillər aparılmalıdır”.














Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar