Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Simonyan Arutyunyanla telefon söhbətindən danışdı

Tarix: 09-09-2024 14:20     Baxış: 376 A- / A+

Arayik Arutyunyanın istefa verməsindən xəbərim var idi.
Manevr.az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan sədri Alen Simonyan danışıb.
"Onunla bir neçə telefon danışığımız oldu və o, hətta mənə dedi ki, bir gün oyanıb görəcəksən ki, mən orada deyiləm, mənə çox təzyiqlər var",-deyə Simonyan bildirib.

Ermənistan parlamentinin rəhbəri qondarma qurumun  ləğvi ilə bağlı sənədlər haqqında danışıb: "Dağlıq Qarabağın" (qondarma qurum-red.) o vaxtkı hakimiyyət orqanları bu sənədlərlə bağlı qərar qəbul edəndə və bununla bağlı son anda bizə zəng etdikdə artıq bizim edəcək heç bir şeyimiz qalmadı. Onlar bizə sadəcə artıq qəbul olunmuş qərar barədə məlumat verdilər. Heç bir müzakirə olmadı, bizə zəng etmədilər, nə düşündüyümüzü, mövqeyimizi, hislərimizi soruşmadılar, bu qərarı verdiklərini söyləməklə kifayətləndilər. Bizim yalnız bir tələbimiz oldu: mətndən Ermənistanla bağlı reallıqla heç bir əlaqəsi olmayan, ifadələr çıxarılsın",-deyə Simonyan söyləyib.
Alen Simonyanın sözlərinə görə, Ermənistan alternativ variant da təklif edib. "Ermənistan orada öz əsgərlərini qurban verdi, Ermənistan dövləti xalqının, dövlətinin büdcəsini kəsdi və bununla "Dağlıq Qarabağın" (qondarma qurumun-red.) varlığını təmin edirdi. Əmək haqqı, kommunal xərclər, ordu, bütün bunlar Ermənistan Respublikası tərəfindən təmin edilib",-deyə Simonyan bildirib.
Bununla o, əslində, Qarabağın Ermənistan tərəfindən işğalını təsdiqləyir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar