Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycanda kütləvi etiraz: həbs olunanlar və yaralananlar var

Tarix: 19-06-2017 07:42     Baxış: 4475 A- / A+
Qərbi Azərbaycanda kütləvi etiraz:


İyunun 15-də İran polisi Qərbi Azərbaycan əyalətində qızıl çıxaran Ağdərə şirkətinin etiraz aksiyası keçirən işçilərini amansızcasına qovub.

Manevr.az bildirir ki, bu barədə İranın müxalif Milli Müqavimət Şurası məlumat yayıb.

Etiraz aksiyasının keçirildiyi şaxta Qərbi Azərbaycanda Takab şəhərinin Taxt-e-Soleyman rayonu ərazisindədir. İşçilər bildiriblər ki, onların etirazı dinc xarakter daşıyıb, amma İran polisinin əməkdaşları onlara hücum ediblər.

Polis hücumu nəticəsində bir neçə qadın ciddi xəsarət alıb və huşunu itirib, on nümayişçi isə həbs olunub.

Etiraz edənlərin sözlərinə görə, onların yeganə tələbi şaxtaya işə qayıtmaq olub.

"Yerli sakinlər tam yoxsulluq şəraitində yaşayırlar, amma bu azmış kimi, şaxtanın rəsmi şəxsləri indi yerlilərin yerinə xariciləri işə götürürlər", - deyə aksiya iştirakçılarından biri vurğulayıb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar