Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sərhəddə yerləşmişdilər - “Azərbaycanla toqquşma olsa, AB missiyası...”

Tarix: 06-09-2024 23:24     Baxış: 3141 A- / A+
Azərbaycanla yanaşı, Rusiya və İran da Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının çıxarılmasını istəyir.

Bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Rusiya və İran da Cənubi Qafqazda qeyri-regional qüvvələrin mövcudluğundan narazıdır, söhbət Ermənistandakı AB missiyasından gedir. Həm Rusiya, həm də regionun digər ölkələri obyektiv olaraq müşahidə missiyasının əleyhinədir. Çünki Qərbin mövcudluğu onların həyati maraqlarına xələl gətirir. Ermənistan tərəfi iddia edə bilər ki, missiya Azərbaycanı dayandırmaq üçündür, amma hərbi toqquşma olacağı təqdirdə onlar heç bir rol oynamayacaqlar, silahsız müşahidəçilər mümkün hücumun qarşısını heç bir şəkildə ala bilməyəcəklər”, - məlumatda deyilir.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bundan öncə söyləmişdi ki, Ermənistan-Azərbaycan sərhədində işləyən AB missiyası Rusiya, Azərbaycan və İrana qarşı monitorinq adı altında kəşfiyyat məlumatları toplayır.

Erməni nəşri bu mövzuda İranın adını çəksə də, Tehran indiyədək bu barədə rəsmi və açıq şəkildə öz etirazını bildirməyib. Ermənistanın atdığı bütün addımlar İran tərəfindən qeyd-şərtsiz dəstəklənir. Hər halda Tehranın bu loyallığı təsadüfi olmamalıdır. teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar