Xəbər lenti
Sərhəddə yerləşmişdilər - “Azərbaycanla toqquşma olsa, AB missiyası...”
Azərbaycanla yanaşı, Rusiya və İran da Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının çıxarılmasını istəyir.Bu barədə Ermənistanın “Past” qəzeti yazır.
“Rusiya və İran da Cənubi Qafqazda qeyri-regional qüvvələrin mövcudluğundan narazıdır, söhbət Ermənistandakı AB missiyasından gedir. Həm Rusiya, həm də regionun digər ölkələri obyektiv olaraq müşahidə missiyasının əleyhinədir. Çünki Qərbin mövcudluğu onların həyati maraqlarına xələl gətirir. Ermənistan tərəfi iddia edə bilər ki, missiya Azərbaycanı dayandırmaq üçündür, amma hərbi toqquşma olacağı təqdirdə onlar heç bir rol oynamayacaqlar, silahsız müşahidəçilər mümkün hücumun qarşısını heç bir şəkildə ala bilməyəcəklər”, - məlumatda deyilir.
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bundan öncə söyləmişdi ki, Ermənistan-Azərbaycan sərhədində işləyən AB missiyası Rusiya, Azərbaycan və İrana qarşı monitorinq adı altında kəşfiyyat məlumatları toplayır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































