Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbli formalarına niyə alıcı tapılmır?

Tarix: 06-09-2024 21:27     Baxış: 471 A- / A+



Dərs ilinin başlaması ilə əlaqədar valideynlər əl-ayağa düşür, məktəb ləvazimatları, geyim dükanlarında izdiham yaradırlar. Bu izdihamın ən çox hiss olunduğu yer isə məktəbli formalarının istehsalı və satışı ilə məşğul olan Bakı Tikiş Evidir.
Ötən illərdə müəssisədə valideyn və məktəbli övladlarının yaratdığı sıxlıq bu ildə müşahidə olunurmu? Nə qədər məktəbli forması satılıb?

Manevr.az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib ki, məktəbli forması alanların sayı çox azdır:

"Bizim Bakıda 11 mağazamız var, ondan çox da rayonlardadır. Satış 10 dəfə azdır. Valideynlər tək-tək gəlirlər, heç bir ajiotaj yoxdur. Birinci il qərar gec verildiyi üçün çox istehsal etməyə imkan olmamışdı. Amma iki və üçüncü ildə nə qədər lazımdır istehsal olunub. Bu il 100 mindən çox məktəbli forması istehsal etmişik. Dərs başlayandan sonra dəqiq nə qədər satıldığını demək mümkün olacaq, hələ ki 10-15 faizi ancaq satılıb".

O hesab edir ki, satışın azalmasına səbəb saxta geyimlərin hazırlanmasıdır:

"Bütün respublika saxta məktəbli formaları ilə doludur. Hamı gedib 5-6 manatlıq formalar alır. Saxta məktəbli formaları insan bədəninə ziyandır. İnsanların bunu niyə başa düşmədiyini anlamıram. Biz hətta qiymətləri də endirdik ki, camaat keyfiyyətli geyim alsın. Ancaq bu da təsir etmədi. Əvvəl polo köynəyin qiyməti 15 manat idi, indi 12 manata endirmişik. Saxta köynəklər də 9 manatdır, aralarında cəmi 3 manat fərq var. Şalvar və ətəklər də 25 manatdan 20 manata endirilib. Hamısının qiymətində 20 faiz ucuzlaşma olub".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar