Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

ŞOK: İranda səfirliyimizə qarşı terror törədən BDU məzunu imiş

Tarix: 05-09-2024 22:32     Baxış: 367 A- / A+
Tanınmış vəkil Əkrəm Həsənov sosial şəbəkədəki hesabında Azərbaycanın İrandakı səfirliyinə hücum edərək bir nəfəri şəhid edib, 2 nəfəri yaralayan Yasin Hüseynzadənin Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olduğunu bildirib.

"Sən demə, Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə vaxtilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alıb. İran rejimi, bir qayda olaraq, vətəndaşlarının bizdə təhsil almasına müsbət yanaşmır. O da ola hüquq təhsili! Molla rejiminə dünyəvi hüquq təhsili nəyə lazımdır axı? Hüseynzadənin sonradan törətdiyi terror aktını da nəzərə alsaq, böyük ehtimalla ölkəmizdə təhsil alması da İranın xüsusi xidmət orqanlarının planı çərçivəsində baş tutub. Təhsil aldığı müddətdə dövlətimizə qarşı etdikləri isə hələ də naməlumdur. Bu çox ciddi məsələdir. Söhbət təhlükəsizliyimizdən gedir. Tələbəlik illərimdən biliriəm ki, BDU-nun hüquq fakültəsində ikinci ali təhsil və əcnəbilərin təhsili sırf pula (o cümlədən rüşvətə) bağlı olan bir məsələdir. İmtahansız-filansız! Hər yoldan keçən gəlib bu təhsili ala bilir. Kimi istəsələr aramıza yerləşdirib asanlıqla ali təhsil də ala bilirlər. Bəlkə də sonra hələ ixtisas üzrə aramızda işləyirlər də. Buna görə də həmin təhsil növü DTX-nin nəzarətində olmalıdır və başqa hansı xarici qüvvələrə aid şəxslər bu kanalla sadə yolla ali hüquq təhsili alıb geniş araşdırılmalıdır. Əks halda, “öz” məzunlarımızın bizə qarşı mənfi əməlləri yenə də olacaq. Kimlərsə ali məktəblərimizdə qaz vurub qazan dolduracaq, sonra da bizə qarşı edilənlərin əməlləri elə bizə bağlanacaq. Bizə belə tələbələr lazım deyil..."

Yada salaq ki, oxşar iddia ilə təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu da çıxış etmişdi.

 O, zaman Bakı Dövlət Universitetdən məsələ ilə bağlı şərh verməmişdilər.
Qeyd edək ki, Yasin Hüseynzadə ötən ilin yanvarında Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə silahlı basqın edib. Terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə hadisədən sonra tutulub və bu ilin fevralında onun barəsində ölüm hökmü çıxarılıb.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb. news24.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar