Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağla bağlı baş tutmayan plan: Rusiya bağışlamadı

Tarix: 31-08-2024 17:11     Baxış: 364 A- / A+

Separatçı Ruben Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında söyləyib ki, Azərbaycanla sülh müqaviləsinin yekun variantınının 17 maddəsindən 13-ü razılaşdırılıb: “Bizim təklifimiz budur ki, razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi imzalayaq”.
Paşinyan yerdə qalan məsələləri sonrakı danışıqlar prosesində həll etməyi təklif edib. Aydındır ki, Ermənistan konstitusiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən bənd razılaşdırılmayan məsələlər içində yer alır. Paşinyan dəyişikliyi zəruri saysa da, bunu gələcəkdə həll etməyə üstünlük verir. Halbuki Prezident İlham Əliyev konstitusiya dəyişikliyinin sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və bu mövqedə dəyişiklik yoxdur”, - ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini də söyləyib:
“Ermənistan başçısı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini deyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil, bu məsələdə konsensus var.

Paşinyan ermənilərin Qarabağa qaydışının mümkün olmadığını da açıqlayıb. Haqlıdır, ermənilərin Qarabağa qayıtmaları üçün Azərbaycan vətəndaşlığını qəbul etmələri lazımdır. Onlar isə Azərbaycan vətəndaşı olmaq istəmirlər. Demək, geri qayıda bilməyəcəklər.
Paşinyanın bir maraqlı açıqlaması da Ruben Vardanyan haqqında olub: “Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistan və Qarabağa göndərdi? Hansı zəmanətlərlə göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?”
Paşinyan bu cümləsi ilə ona işarə edib ki, Vardanyanı Qarabağa Moskva göndərsə də, sonra ona sahib çıxmayıb. Bunun səbəbi bəllidir. Rusiyada milyardlara sahib olan və şirkətlərini idarə edən Vardanyanın qəfil Qarabağa gəlişinin Moskvanın planı olduğunu biz də bilirdik. Ancaq Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar