Xəbər lenti
Bu gün Milli Məclisə seçkilərlə əlaqədar “sükut günü”dür
Sabah keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu gün Azərbaycanda "sükut günü”dür.
Manevr.az xəbər verir ki, parlament seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və proses bu gün saat 8:00-da dayandırılmalıdır.
Bu günü qeyri-rəsmi olaraq "sükut günü” də adlandırırlar.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar