Xəbər lenti
Vüsalə Dadaşova: Milli Məclisdə ağzına su alıb oturan, mandatı boyunca, bir dəfə olsun belə, hansısa bir təşəbbüslə çıxış etməyən “deputat"ların zamanı keçdi!
Vüsalə Valeh qızı Dadaşova
15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizəd
Dünyada söz sahibləri 21-ci əsri yeni dövrün başlanğıcı sayaraq “hər şeyi sıfırlayıb dünyanı yenidən quracağıq” iddiasındadırlar.
İnsanlığın bu günə qədər yaradıb başının üstündə tutduğu ailə, dövlət, vətən, din kimi müqəddəs dəyərlər hədəfə alınıb. Çox ağrılı bir proses gedir. Demokratiyanın beşiyi kimi baxdığımız Avropanın ürəyi sayılan Fransa sonuncu Olimpiya oyunlarının açılışı mərasimində həzm olunması mümkün görünməyən ağır mesajlar verdi. Dövlətlərin qəbul etdiyi beynəlxalq sazişlərin müəllifi Avropa insanlığa meydan oxuyur! Bər-bəzəkli liberalizmin arxasından bəşəriyyəti təhdid edən tezislər çıxmaqdadı! Dünyanı yönəldən güc mərkəzləri öz yeni qaydalarını tətbiq etməyə başlamazdan öncə münbit zəmin hazırlamağa çalışırlar. Bunun birinci şərti yeni qaydaları qəbul edən və bu qaydalara tabe yeni insan nəsli hazırlamaqdan ibarətdir.
Bu isə təhsildən keçir. Onlar öz beynəlxalq konvensiyaları ilə milli qanunları kənarda qoyub istər təhsildə, istər səhiyyədə, istərsə də hüquq sahəsində istədikləri planları reallaşdıracaqlar. Belə bir durumda kiçik dövlətlərin vətəndaşlarının işi çətinləşir, çünki onlar qlobal güclərin həyata keçirdiyi və ziyanlarına işləyən proseslərə təsir edə bilmir. Bircə yol qalır: müdafiə olunub qorunmaq! Burada isə əsas alət təhsil və səhiyyədir: təhsilli sağlam nəsil, yaxşı təhsil görmüş sağlam VƏTƏNDAŞ yetişdirmək! Bu, seçkilərə gedib sağlam, savadlı, ağıllı, vicdanlı, imanlı, cəsarətli peşəkarlara səs verməkdən keçir. Milli Məclisdə ağzına su alıb oturan, mandatı boyunca, bir dəfə olsun belə, hansısa bir təşəbbüslə çıxış etməyən “deputatların zamanı keçdi! Özünüzün , evladlarınızın, Dövlətimizin, Xalqımızın, Vətənimizin gələcəyini düşünürsünüzsə, seçim etməyə tələsin!Unutmayın ki, hamımızın taleyi sizin edəcəyiniz seçimdən, hansı namizədə səs verəcəyinizdən asılıdır!
Vicadana, namusa, savada, cəsarətə səs ver ki, SƏSin eşidilsin!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar