Xəbər lenti
26 avqustun "Laçın Şəhər Günü” elan edilməsi laçınlılar üçün ikiqat bayram oldu - Müşfiq Məmmədli

Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib:
"Bu günü istər bugünkü, istərsə də gələcək nəsillər qeyd edərkən Azərbaycanın hansı yolları keçdiyinə nəzər salacaq. Bu yolun heç də asan olmadığını və bu torpaqların hər bir qarışının şəhid qanı ilə alındığını yad edəcəklər. Cənab Prezident İlham Əliyev Laçın Şəhər Günü ilə bağlı təntəntəli toplantıda çıxışında bəyan etmişdi ki, bu torpaqları bizə bəxş edən Azərbaycan ordusudur və onların əməyi, zəhməti tarix durduqca unudulmayacaq. Bu da insanlar da torpağa, vətənə, dövlətə bağlılıq yaradacaq, onlarda vətənpərvərlik hissini aşılayacaq.
26 avqustun "Laçın Şəhər Günü” elan edilməsi laçınlılar üçün ikiqat bayram oldu. Laçınlılar həm öz yurdlaırna döndü, həm də həmin günü bayram kimi qeyd etdilər. Digər mühüm məqam isə ondan ibarət idi ki, 26 avqust həm də müasir Azərbaycan dövlətçiliyinin inkişafı, möhkəmlənməsi, güclənməsində əvəzsiz xidməti olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günü idi. Mehriban xanım isə doğum gününü laçınlılarla bir yerdə olması, onlar üçün ən böyük hədiyyə idi. Bu heç bir zaman laçınlıların yaddaşından silinməyəcək, M.Məmmədli vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar