Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Liderlik xarizması ilə seçilən xanım - Vüsalə Dadaşova

Tarix: 27-08-2024 15:04     Baxış: 2273 A- / A+







Əsl ziyalı xalqının milli-mənəvi,əxlaqi dəyərlərinin təəsübünü çəkəndə,ölkəsinin maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur.Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir.

Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı…


Əsrlərdən bəri hər bir dövlətin,hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub, indi də belədir.

Azərbaycan millətinin mentalitetində böyüyə,ağsaqqala,müəllimə,ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə kimi dahilər, böyük əqidə və elm adamları durmuşlar.

Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur. Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil,həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.

Mirzə Fətəli Axundzadə şəxsiyyətinin mükəmməl və daim aktual olan dərsləri müasir dövr ziyalıları üçün dəyərli istinad mənbəyidir.

Bu məğrur və dönməz insanin milli maraqların qorunması istiqamətindəki çətin və kəşməkəşli fəaliyyəti, maarifçiliyə əvəzsiz töhfəsi bu gün də qəlblərdə onun şanlı abidəsini ucaldır.

Belə misallar – xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki, bu şəxsiyyətlərin əsas məramı alqış,tərif,təltif umacağı,maddi mənafe deyildi.

Onlar həyatlarının mənasını insanlara,xalqa xidmətin feyzində tapırdılar. Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar.Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi. Onlar milli ziyalılığın meyarları,kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.

Həmin ziyalı insanlardan biri,-xalqımızın milli-mənəvi,əxlaqi dəyərlərinə daim hörmətlə yanaşıb,bu dəyərlərə sadiq,xeyrirxah,doğru,düzgün,səlis addımları,layiqli vətəndaşlıq mövqeyi,ictimai fəallığı ilə daim seçilən,bu günə kimi ölkə təhsilinin inkişafında sağlam təfəkkür nümayiş etdirərək,daxili aləmində sadə,səmimi,olduqca təvəzökar çalarlar gəzdirən,böyük ürək sahibi, Fizika -riyaziyyat elmləri üzrə dəyərli alim, Bakı Dövlət Universitetinin dosenti,gözəl müəllim,15 saylı Yasamal I Seçki Dairəsindən deputatlığa layiqli namizəd Vüsalə xanım Dadaşovadır.

Haqqında danışmaq istədiyimiz bu xanımın xarakterik xususiyyətlərini doğru -düzgün təhlil etdikdə,onun bir insan kimi əvvəlcə bütün tərəfləri ilə özünü tanıması,vacib detal kimi ehtiva edilir.

Beləki,insan daxili emosional vəziyyəti barədə gizli biliyə malik olduğundan,güclü və zəif tərəflərini bilir.

Ardınca da,maksimum potensiala çatmağa təkan verəcək imkanlarını və çatışmazlıqlarını,həmçinin daxil olaraq özündə görməyə güc tapmağa fürsət qazanmış olur.

Vüsalə xanım, bu keyfiyyətlərə sahib liderlik xarizması ilə seçilən güclü fiqurdur,- frazasını onun üçün işlətsək doğru olar.

Onun həmçinin,özünü idarəetmə qabiliyyəti ilə də seçilən insan təsiri yaratması iti baxış bucaqından aydın görünəndir; yəni,güclü və effektiv yolla özünü idarə edə bilmək xüsusiyyətini daxili inamı iıə aşılamağı bacarmaq,məqsədə,uzaq maksimum hədəflərə çatmaq,tapşırıqları formalaşdırmaq,onlara məzmun səciyyəsi vermək,ləngimələri necə aradan götürmək lazım olduğunu bilmək intuisyasına malik olmaq, yeni layihələr üçün necə enerji yaratmaq,gərginliklər zamanı hansı fəndlə sakitləşdirməyi bilmək manevrləri Vüsalə xanımın cəsarət və mübarizliyini xarakterizə edən xüsusiyyətlərindəndir.

Lazım olduğunda tez qərar verə,lakin masa arxasında bütün seçimləri tələsmədən müzakirə edə bilmək formulunun məntiqi həllini çözmək qabiliyyıtini də bu kateqoriyaya aid etmək lap yerinı düşəndir.

Vüsalə xanım haqqındakı növbəti təhlillərimiz zamanı ən önəmlilərindən biri də onun daha böyük olan hədəfə doğru çalışmasıdır.


Çünki, gələcəyə istiqamətlənərək çalışmaq, şəxsi maraqlar uğrunda çalışmaqdan daha ruhlandırıcıdır.

Bu proqram,Vüsalə Dadaşovanın əsas baza prinsipi,uğura doğru bütöv, tam,komanda halında getməsi üçün güclü,dayanıqlı dayaq formasının şəkillənən məzmun səciyyəsi kimi də qiymətləndiriləndir.

O,həm də uğur qazanmaq yolunda motivasiya etmək bacarığını ətrafına aşılayan üstün insandır.

Əlbəttə ki, bu cür mübariz insanlar nəyi etməli olduqlarını deyərək, qabaqda getməyə meyilli olmurlar. Əvəzində insanların onlara kömək etməyi istəmələrinə səbəb olmalıdırlar.

Bunun əsas hissəsi başqalarına yardım etmək üçün şəxsi istəkləri təkmilləşdirməkdir.

Başqaları onlara kömək etmək istədiyini düşündükdə,onlar da öz növbəsində yardım edəcək düşüncəsini axıra kimi qoruyub saxlamaq istəyidir.

Artıq illərdir bu amili Vüsalə xanım,daxili aləmində motivasiya yolu ilə emal edərək,doğru məqsədlərə yönləndirir.

Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka ilə birbaşa bağlıdır.

Yüksək emosional zəkaya malik insanlar, təbii olaraq daha çox özlərindən agah olurlar.

Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər.

Maraq dairəsində olduqları ilə daha çox təmasda olurlar.

Bütün bunlarla paralel,liderlik xarizması və emosianal zəka sahibləri başqalarının qayğısına daha çox qalır,qarşılğında da daha çox şəfqət alırlar.

Bu kateqoriyadan olanlar daha sosialdırlar.

İmkanlarını paylaşmaq,zəif kəsimə daim diqqət göstərmək,onlarla mütamadi təmasda olmaq duyğusu,gələcəkdə bu işdən aldıqları zövqün və daxili rahatlığın müqabilində zəkalarındakı qloballığı,daha yüksək ideallar uğrinda addım atmaqlarına təkan verən detallara dönür.

Vüsalə xanım, indicə sadaladığımız incə ştrixlərin radisu boyunca,təmasda olduğu mühitin seqmentini aldığı şəfqət dolu enerji ilə daha mükəmməl işlərin gerçəkləşməsi üçün fürsət qazanan xarakter sahibidir.


İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.



Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.


Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində,sağlam təfəkkür,doğru-düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.


Bütün bu akademik göstəricilər,işgüzar,potensial,kreativ,ictimai düşüncəyə malik bir insanın,ölkənin elm və təhsil kimi mühüm strateji sahəsində bu günə kimi tutduğu prinspial mövqeyi,düz,səlis,aydın,ürəkaçan fəaliyyəti ilə müşahidə ediləndir.


Doğurdan da,llərdir bu səmimi,doğru,dürüst ziyalı xanım,həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına, pedoqoji fəaliyyətində düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.


Tutduğu mövqe,çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.


Bütün bunların ucalğında isə dəyərli insan,əsl ziyalı, layiqli vətəndaş Vüsalə Dadaşovanın vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,əsl vətəndaş mövqeyi tutması dayanır.


Çünki bu insanın əsl vətəndaşlıq mövqeyi ,milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik,inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini,xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.


Bu ziyalı xanımın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu,bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.


İnanırıq bu sadə, səmimi təvəzökar,ziyalı xanım,hələ əsrimizin qalan illərini də bax beləcə vüqarla,cəsur,cəsarətli,böyük ürək,şövqlə,öz ziyası ilə vətəninə,xalqına,dövlətinə dönməz və sonsuz sevgisi ilə əvəzsiz xidmətlər göstərərək yaşayacaq,addımlayacaq,bu məsuliyyətli,müqəddəs yolda yoruldum deməyəcək.

Yolunuz daim açıq olsun,dəyərli ziyalı,mədəni xanım !

P.S. 1 Sentyabar,- seçki marafonunda Sizə uğuirlar,cəsarət,mübariz əhval-ruhiyyə və qalibiyyət arzulayırıq !

Elşad M.Turan

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar