Xəbər lenti
Müşfiq Məmmədli: Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı strateji əlaqələrin möhkəm olduğunu sübut etdi
Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı strateji əlaqələrin nə qədər möhkəm olduğunu bir daha sübut etdi. Son iki ildə Azərbaycan liderinin Özbəkistana beş dəfə səfər etməsi bu münasibətlərin dərinliyinin və etibarlılığının göstəricisidir.
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib:
"Ən yüksək səviyyədə imzalanmış müttəfiqlik müqaviləsi iki qardaş dövlətin gələcəkdə də ortaq addımlar atacağını və regional siyasətdə birgə fəaliyyət göstərəcəyini təsdiqləyir. Bu müqavilə həm Azərbaycan, həm də Özbəkistan üçün mühüm geosiyasi amil olmaqla, regionun vahid geosiyasi məkan kimi formalaşmasında böyük rol oynayacaq. Özbəkistanın Azərbaycanın Qarabağ müharibəsi dövründə verdiyi qardaş dəstəyi və azad olunmuş ərazilərin bərpasında fəal iştirakı bu münasibətlərin səmimiliyini və dərinliyini bir daha sübut edir. Prezident Əliyevin Daşkənddəki işgüzar dairələrlə görüşü isə iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni səviyyəyə çıxarılacağını göstərir. Azərbaycanda Özbək investorları üçün yaradılan münbit investisiya mühiti gələcəkdə daha geniş iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Siyasi konyunkturanın əlverişli olması, iş adamlarını birgə işləməyə sövq edir, bu da iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Özbəkistanda həyata keçirilən layihələrin Azərbaycanda daha geniş şəkildə tanıdılması və biznes layihələrinin informasiya dəstəyi, gələcəkdə bu əlaqələrin daha da güclənməsinə imkan verəcək", M.Məmmədli qeyd edib.
Sevda Sabirli
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar