Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

26 avqust Laçın şəhər gününün qeyd edilməsi azadlığın təntənəsidir – Aqil Məmmədov

Tarix: 25-08-2024 11:56     Baxış: 376 A- / A+



1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Laçın rayonuna isə 1930-cu ildə inzibati ərazi vahidi statusu verilib. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Erməni təcavüzü nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 90-cı illərin əvvəllində Laçının ermənilərə təhvil verilməsinin arxasında məkirli siyasi niyyətlər dayanmışdı: “O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü bu məqsədlərinə çatmaq üçün istənilən çirkin yollara əl atırdı. Həmin dövr Şuşa, Laçını demək olar ki, düşmənə təhvil verildi. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Laçının işğala məruz qalması laçınlılar və bütöv Azərbaycan xalqı üçün böyük faciə idi. Ermənistan tərəfindən Laçının işğalı strateji nöqteyi-nəzərdən məkirli planın bir hissəsi olub. Çünki bununla Ermənistanla keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” arasında coğrafi əlaqə yaradılırdı. Əslində Azərbaycanın sonrakı itkiləri məhz Şuşa və Laçının itirilməsi başlamışdı. İşğal dövründə rəsmi İrəvan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub”.

Millət vəkili bildirib ki, tarixi ədalət gec-tez öz təntənəsinə çatacaqdı: “2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Sözsüz ki, Laçının azad edilməsi böyük qürur və Azərbaycan oğullarının sücaətinin nəticəsi idi. Məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması bunun bariz nümunəsidir. Artıq öz azadlığına qovuşan Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Ölkəmizin başçısı vurğulayıb ki, Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurların göstəricisidir. Prezident İlham Əliyev tərəfindən 26 avqust – Laçın şəhəri gününün təsis edilməsi azadlığın təbliği və onun qorunması, bu tarixi günlərin əzəmətinin dərk edilməsi baxımından olduqca önəmlidir”.

Deputat hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə, görülən zəruri işlərlə yanaşı o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq: “Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan Laçın Beynəlxalq Hava Limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir. Bu postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Həmçinin Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Eyni zamanda Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Bununla yanaşı Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir”.
Aqil Məmmədov vurğulayıb ki, ötən ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib: “Laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Hazırda da Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndində də artıq məskunlaşma həyata keçirilib. Bu kəndlər tamamilə yenidən tikilərək istifadəyə verilib. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Laçında da digər azad edilmiş ərazilərimizdə olduğu kimi quruculuq-bərpa işləri ardıcıl, proqramla həyata keçirilir ki, bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdaraq burada əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayıb, yaratsınlar. Bütün bunlara isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində nail olunur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar