Xəbər lenti 
					
 
		Müşfiq Məmmədli: "Prezident Putinin ölkəmizə səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir"
 Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.  Bu səfər tarixi bir məqam kimi, iki ölkə arasındakı dostluq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə yönəlmişdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.  Bu səfər tarixi bir məqam kimi, iki ölkə arasındakı dostluq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə yönəlmişdir.Bu fikirləri Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə münasibət bildirərək qeyd edib:

"Rusiya və Azərbaycan arasındakı davamlı görüşlər ikitərəfli münasibətlərin sabit və müntəzəm inkişafını təmin edir. Xüsusilə ticarət dövriyyəsinin artımı və humanitar sahədəki əməkdaşlıq, münasibətlərin nə qədər dinamik olduğunu göstərir. Səfər zamanı imzalanan sənədlər iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ekologiya, təhsil, səhiyyə və ticarət kimi sektorlarda genişləndirilməsi üçün güclü bir təməl yaradır. Regional təhlükəsizlik və nəqliyyat dəhlizlərinin inkişafı da səfərin əsas müzakirə mövzularından biri olub. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yaranan yeni şərait Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün yeni imkanlar yaradır. Nəqliyyat və energetika sahəsində birgə layihələr iki ölkə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcəkdir. Həmçinin, qarşılıqlı səyahətlərin artımı və insan əlaqələrinin güclənməsi, münasibətlərin dərinliyini göstərən əsas amillərdən biridir. Rusiya Federasiyasının COP29 iqlim konfransında Azərbaycanın namizədliyini dəstəkləməsi isə ikitərəfli münasibətlərin strateji əhəmiyyətini göstərir", deputat vurğulayıb.
Natəvan Qocayeva,
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 Şou-biznes 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 















 
 















