Xəbər lenti
Deputatlığa namizəd Əyyub Qiyasın seçiciləri ilə növbəti görüşü keçiriləcək

Yazıçı Əyyub Qiyas sentyabrın birində keçiriləcək növbədənkənar Parlament seçkilərində deputatlığa namizəddir.
Manevr.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 42 saylı Sumqayit birinci seçki dairəsi üzrə namizədliyi irəli sürülən yazıçı-publisist Əyyub Qiyasın seçiciləri ilə görüşü davam edir.

1, 2, 4, 5, 6-cı mikrorayonların və 16, 30, 45-ci məhəllələrin dəyərli sakinləri!
Sizi 23 avqust saat 15.00-da Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, 1 saylı Uşaq-Gənclər inkişaf Mərkəzinə (keçmiş "Pionerlər evi") seçicilərlə görüşə dəvət edirəm. Gəlin birlikdə gücümüzə güc qataq", Əyyub Qiyas seçicilərinə növbəti dəfə müraciət edib.
Bildirək ki, Əyyub Qiyas oğlu Abasov 1968-ci ildə Lənkəran şəhərində anadan olub. Bütün həyatı Sumqayıtda keçib. 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət institutunun teatr sənəti fakültəsini bitirib. 1992-1994-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafiya institunda ali ssenari ixtisası üzrə kursu bitirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 1998-ci ildən VHP-nin üzvüdür. "Qızıl kəlmə" və Beynəlxalq Mahmud Qaşqari mükafatlarının laureatıdır. Ailəlidir, üç övladı var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar