Xəbər lenti
Ramiz Mehdiyevin gəlini “Bank BTB”dəki payını artırdı
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevanın “Bank BTB”dəki payı 77 faizə yüksəlib. Manevr.az Qaynarinfo-ya istinadən bildirir ki, 2024-cü ilin martında gerçəkləşən səhmlər üzrə hərracda “Bank BTB” ASC-nin səhmlərini əldə edən səhmdarların adları məlum olub.
Martda hər səhmin 1000 manat qiyməti olmaqla 5000 ədəd səhm buraxılıb və bu da ümumilikdə 5 milyon manat edir. Bankın əsas səhmdarı olan Nigar Mehdiyevanın payı son əməliyyatlardan sonra 74.99 faizdən 76.74 faizə yüksəlib. Belə ki, o, yeni buraxılan səhmlərin 3 837 ədədini əldə edib.
İkinci ən əsas səhmdar Rza Sadiq İsmayıl oğlunun payı 19.01 faizdən 17.68 faizə, üçüncü əsas səhmdar Tükəzban Mahmudova Ağa qızının payı isə 6 faizdən 5.58 faizə düşüb. Hər iki şəxsin yeni əldə etdikləri səhmlər müvafiq olaraq 950 və 300 ədəddir.
Bu barədə ilk məlumatı banker.az saytı yayıb.
Qeyd edək ki, 2024-cü ilin martında Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 71.45 milyon manata yüksəldilib. “Bank BTB” ASC-nin əsas səhmdarı olan Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































