Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Xocalı canisi aktiv siyasi təmaslara başladı... -Bu günlərdə Moskvada səfərdə olub...

Tarix: 20-08-2024 22:29     Baxış: 4150 A- / A+
Xocalı canisi aktiv siyasi təmaslara başladı...-Bu günlərdə Moskvada səfərdə olub...Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Serj Sərkisyanın "aktiv siyasi təmasları barədə son vaxtlar müxtəlif çevrələrdə çox bəhs edilir".

Bu haqda səhər saatlarında "Hraparak" nəşri yazıb.

"Bəziləri hətta onun qarşıdakı siyasi proseslərdə mümkün aktivləşməsi ilə bağlı uzaq fərziyyələr irəli sürür, digərləri isə Serj Sərkisyanın daim aktiv təmaslarda olduğunu və bunda qeyri-adi heç nə olmadığını iddia edir"- davamında belə yazan erməni nəşri Xocalı qatilinin bu günlərdə Rusiyada səfərdə olduğunu da bildirir:

"Lakin dünən xəbər aldıq ki, üçüncü prezidentin Rusiyaya qısamüddətli səfəri olub və o, Moskvada yaşayan bir qrup imkanlı erməni ilə görüşüb".
Nəşr bu səfəri "qarşıdan gələn fövqəladə siyasi proseslər"lə əlaqələndirir.

"Ümumiyyətlə, növbədənkənar seçkilərlə bağlı bütün qüvvələrdə və xüsusən də hakimiyyət daxilində müzakirələr gedir. Xüsusilə Nikol Paşinyan aktiv davranışı, seçki kampaniyasını xatırladan addımları ilə bu mövzunun qabardırılmasına şərait yaradır. Baxmayaraq ki, hakim "Vətəndaş sazişi" partiyasının üzvlərindən bəziləri hələ də onun sözlərinə inanır və deyirlər ki, Paşinyan hansısa fövqəladə hadisənin olmayacağına onları aylar əvvəl inandırıb",- deyə erməni qəzeti əlavə edir. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar