Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sabahdan dərmanlar yeni qiymətə satılacaq

Tarix: 31-08-2016 16:09     Baxış: 4490 A- / A+
Sabahdan dərmanlar yeni qiymətə satılacaq


Sabahdan Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş daha 2503 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanacaq.

APA-nın xəbərinə görə, sentyabrın 1-dən etibarən ümumilikdə 9850 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışda olacaq.

Dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiqlənmiş qiymətlərlə satışdadır.
Qeyd edək ki, indiyədək Tarif Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiqlənib. Qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 %-nin qiyməti 2 dəfədən çox, 24 %-nin qiyməti 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə 95 %-nin qiymətləri endirilib.

Tarif Şuranın müvafiq qərarlarına əsasən hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər. Qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar