Xəbər lenti
15 saylı Yasamal I Seçki Dairəsindən deputatlığa namizəd Vüsalə Dadaşova kimdir? - TANITIM
Fizika-riyaziyyat elmləri üzrə alim Vüsalə Valeh qızı Dadaşova 15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizəddir. Onun namizədliyi sədr müavini olduğu Ədalət Partiyası tərəfindən irəli sürülüb.
Manevr.az xanım namizədin tərcümeyi halını təqdim edirik.
Dadaşova (Müseyibova) Vüsalə Valeh qızı, 1970-ci ildə Bakı şəhərində anadan olub.
Bakı şəhəri Yasamal rayonu 52 saylı, daha sonra 159 saylı orta ümumtəhsil məktəblərində tam orta təhsil alıb.
1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1992-1997-ci illərdə təyinatla Bakı şəhəri Yasamal rayonu 286 saylı ümumtəhsil məktəbində fizika müəllimi işləyib, paralel olaraq bu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində dissertant kimi elmi fəaliyyətə başlayıb.
1997-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin “Yarımkeçiricilər fizikası” kafedrasına baş laborant vəzifəsinə təyin olunub, eyni zamanda həmin fakültənin “Ümumi fizika” kafedrasında saat hesabı müəllim olaraq fəaliyyətə başlayıb. 2006-cı ildən həmin kafedrada müəllim vəzifəsinə təyin olunub.
2008-ci ildə AMEA-nın müxbir üzvü, prof. Aydın Kazımzadənin rəhbərliyi altında “Bərk cismlər fizikası” üzrə elmi dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi alıb.
2012-ci ildən bu günədək “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının dosenti vəzifəsində işləyir.
Yerli və xarici jurnallarda çap olunan bir çox elmi məqalələrin müəllifidir. Mütəmadi olaraq yerli və beynəlxalq elmi konfransların, ictimai-siyasi tədbirlərin məruzəçisi və iştirakçısı olub.
2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd olub.
2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.
2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd olub.
2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin fəxri üzvü seçilib və Azərbaycan Respublikasının Milli Ordusunun 100 illiyi ilə bağlı təsis olunmuş “Milli Ordu – 100” medalı ilə təltif olunub.
2022-ci ildə Ədliyyə Akademiyasında “Mediatorların ilkin hazırlıq kursu”nu, daha sonra isə, Ailə və Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kurslarını uğurla başa vurub. Həmin ildən Azərbaycan Respublikası Mediasiya Şurasının üzvüdür. Ölkəmizdə mediasiya institutunun ilk qurucularındandır. Məhkəmə öncəsi ailə münasibətləri, əmək münasibətləri və kommersiya münasibətləri zəminində mübahisəli məsələlərin baxış proseslərini aparan mediator kimi fəaliyyət göstərir.
2024-cü ilin aprel ayından İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyasının üzvüdür. Hazırda Partiya sədrinin Ailə, Qadın, Uşaq Problemləri üzrə müavinidir.
Ailəlidir, iki övladı, bir nəvəsi var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar