Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı yenidən məhkəmə qarşısında

Tarix: 19-08-2024 11:18     Baxış: 367 A- / A+

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən iş adamı Kamal Akimovun barəsindəki qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Manevr.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 22-nə təyin edilib.
Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda ittiham olunan iş adamı K.Akimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alıb. Prokuror ittiham nitqində Akimovun 11 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. İttihama görə, Kamal Akimov Azər Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, zərərçəkmişin onu şərlədiyini deyib. K.Akimovun dediyinə görə, A.Əsgərovun "Azimport" şirkəti 10 il əvvəl onun Səbail rayonunda yerləşən 146 kvadratmetrlik obyektini sökərək öz istifadəsinə götürüb.
Xatırladaq ki, K.Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olduğu deyilir.pravda.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar