Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ülfət Kərimova Milli Qəhrəman adı verilib?

Tarix: 17-08-2024 16:17     Baxış: 4310 A- / A+


                        
Sosial şəbəkədə Qarabağ müharibəsi şəhidi, Azərbaycan Bayrağı ordenli, igid kəşfiyyatçı Ülfət Ələkbər oğlu  Kərimovun Milli Qəhrəman adına layiq görülməsi barədə məlumat yayılıb. Bu xəbər hələ də rəsmi təstiqini tapmasa da, məlumatın tezliklə reallaşacağına inanırıq. 

Manevr.az bildirir ki, hələ 1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib. 
Lakin hələ də O, layiq olduğu adı ala bilməmişdir.
Sonra da bu barədə Prezident ilham Əliyevə də bir neçə dəfə müraciət edilib.

Bildirək ki, Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub. 1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarına atılan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təəssüf ki, 27 mart 1993-cü il yağılara qan udduran qəhrəmanın son döyüş tarixi oldu. Ü.Kərimov Ağdaban uğrunda döyüşlərdə qəhramancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.
Şəhid kəşfiyyatçımızın qəhrəmanlığını əks etdirən, rəsmi qeydə alınmış materiallardan bəzilərini nəzərinizə çatdırırıq:
Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.
Qeyd edək ki, yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması mümkün olan nailiyyətləridir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar