Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlər binasının yaxınlığındakı yolda işıqfor niyə işləmir?- Açıqlama

Tarix: 16-08-2024 14:08     Baxış: 446 A- / A+


 
Səbail rayonu, Yeni Salyan yolu-20 ünvanında, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığındakı yolda işıqfor işləmir.
Manevr.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə jurnalistlər sosial şəbəkələrdə paylaşımlar ediblər. Onlar sözügedən ərazidə işıqforda tez-tez texniki problemlərin yarandığını qeyd ediblər. 
Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov açıqlama yayıb. O bildirib ki, problemin yaranması işıqforun özündə yox, ona verilən elektrik mənbəyi ilə bağlıdır: “Belə ki, bir neçə il əvvəl binada yaşayan sakinlərin müraciəti əsasında yola işıqfor qoyulub. Həmin vaxt ərazidə mövcud infrastruktur (elektrik xətti) olmadığından işıqfora binanın ümumi elektrik xəttindən enerji verilməsi təmin edilib.
Hazırda binanın həyətində olan mövcud işıqlandırma sistemində bəzi hallarda qısaqapanmaların olması ümumi elektrik mənbəyi xəttinə təsir göstərir və bu səbəbdən yolda olan işıqforun işində problem yaranır. NİİM əməkdaşları tərəfindən binanın elektrik mənbəyində olan problemin aradan qaldırılması, ümumilikdə alternativ olaraq elektrik xəttinin çəkilməsi istiqamətində işlər görülür. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulub”.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar