Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev konqolu həmkarını təbrik edib

Tarix: 15-08-2024 11:42     Baxış: 4139 A- / A+


Azərbaycan Prezidenti İlham Əliyev konqolu həmkarı Deni Sassu Nqessoya təbrik məktubu ünvanlayıb.
Manevr.az  AZƏRTAC-a istinadən bildirir ki, məktubda qeyd edilib:
"Hörmətli cənab Prezident,
Konqo Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Aprel ayında Azərbaycana səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə yeni təkan vermişdir. Eyni zamanda bu yaxınlarda COP29-un müəyyən edilmiş Prezidentinin Konqoya səfəri iqlim dəyişmələri ilə mübarizə sahəsində ölkələrimizin tərəfdaşlığının bariz nümunəsidir.
İnanıram ki, Azərbaycan ilə Konqo arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, çoxtərəfli müstəvilərdə, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar