Xəbər lenti
Azərbaycan diaspor fəalları "Alagadi" festivalında ölkəmizi layiqincə təmsil ediblər -ŞƏKİLLƏR

Manevr.az bildirir ki, tədbirin açılışını Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Çatalköy-Esentepe Bələdiyə başçısı Ceyhun Kırok, KKTC Turizm Naziri Fikri Ataoğlu, diaspor fəalı Fuad Səfərəliyev ediblər.
Festivalın keçirildiyi ərazidə Azərbaycan güşəsinin yaradan diaspora fəalı, iş adamı Fuad Səfərəliyev deyib ki, beş min nəfərdən çox insanın qatıldığı tədbirdə Azərbaycan layiqincə təmsil edilir. "Bu tədbir hər il təşkil edilir. Biz isə diaspora fəalları olaraq ilk dəfədir ki, festivalda iştirak edirik. Festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə və İrandan nümayəndələr öz ölkələrinin mədəniyyətini təmsil edir. Biz də özümüzə borc bildik ki, Azərbaycanın milli mətbəxini, tarixini, geyimlərini, bir sözlə zəngin mədəni irsini nümayiş etdirək"- deyə. F.Səfərəliyev vurğulayıb.
Onun sözlərinə görə, iştirakşılar Azərbaycan güşəsinə böyük maraq nümayiş etdiriblər. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da Azərbaycan güşəsinə yaxınlaşaraq xatirə fotosu çəkdirib. F.Səfərəliyev həmçinin qeyd edir ki, Şimali Kipr Respublikasında yaşayan diaspora fəalları bütün sahələrdə aktivdilər. Onlar 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 50 nəfərlik heyət ilə Ankaraya gedərək Ali Baş Komandan, Prezident İlham Əliyevə öz sədaqətlərini və dəstəyklərini nümayiş etdiririblər. Çünki biz hamımız yaxşı başa düşürük ki, biz birlikdə güclüyük.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar