Seçkiqabağı təşviqat prosesinə start verilib.
Manevr.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, namizədlər seçiciləri ilə görüşür, lazımi addımlar atır: "MSK-nın internet səhifəsində ödənişli təşviqata qoşulan medialarla bağlı məlumatlar əlçatandır. Arzulayırıq ki, namizədlər bu imkandan istifadə etsin. Namizədlər üçün ərazilərdə mümkün olan ən yaxşı yerlər seçkiqabağı təşviqat üçün seçilib. Açıq məkanların sayı 3469, qapalı məkanların sayı 2037-dir. Seçkilərdə 60-dan çox seçki dairəsində namizədləri qeydə alınan yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. Beləliklə, ödənişsiz seçkiqabağı təşviq aparmaq hüququnu yalnız YAP əldə edib. YAP MSK-ya müraciət edərək, bütün namizədlər üçün bərabər imkanların təmin olunması naminə bu hüququndan imtina edib. Amma bəzi dairələrdə davaya meylli daha emosional namizədləri müşahidə edirik. Bəzi namizədlər seçkiqabağı təşviqatın yaratdığı emosiyanın qüvvəyə mindiyi dövrdə öz hisslərinə sahib olmadan digər namizədlər haqqınsa xoşagəlməz ifadələr səsləndirir. Bununla bağlı bizim "Qaynar xətt"ə də zənglər olub. Namizədlər öz seçici auditoriyasına müraciət etsin, digər namizədə qarşı fəaliyyət göstərməsinlər. Arzulayırıq ki, bizim namizədlər də öz kübarlıqlarını seçkiqabağı təşviqat dövründə göstərsinlər. Qaynar xəttə müraciət edən namizədlərin haqlı olduğunu biz araşdırırıq. Bəzi namizədlər özlərinin təşviqatını gərginliklə aparmaq yolunu tutur. Digər namizədin hüququnun başladığı yerdə digər namizədin hüququ başa çatır. Qanunlar humanizm prinsipi üzərində qurulur. Amma humanizm hər kəsə şamil olunur. Biz istəməzdik ki, bizim DSK-lar namizədlərə qanunun sərt üzünü göstərmək məcburiyyətində qalsın. Bir daha bütün namizədləri Seçki Məcəlləsinin tələbinə uyğun seçkiqabağı təşviqat aparmağa çağırırıq. Əks halda DSK qanunun sərt üzünün tətbiqinə keçəcək".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar