Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzinə baxış keçirilib - ŞƏKİL

Tarix: 09-08-2024 12:15     Baxış: 467 A- / A+


 
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə fərqli statuslu seçki iştirakçılarının sərbəst fəaliyyətinə kömək göstərilməsi, hərtərəfli əlverişli şəraitin və geniş imkanların təmin olunması üçün müxtəlif formatlı layihələr gerçəkləşdirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn seçkilərlə əlaqədar yeni fəaliyyətə başlayan “Seçki-2024” Müstəqil Media Mərkəzi də bu kateqoriyadan olan layihələrdən biridir.
Manevr.az AZƏRTAC-a istinadla xəbər verir ki, MSK sədri Məzahir Pənahov avqustun 9-da Müstəqil Media Mərkəzinə gəlib, Komissiya üzvləri və 

Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirilib.
Mərkəzdəki şəraitlə yaxından tanış olan M.Pənahov Müstəqil Media Mərkəzinin yaradılmasının uzun illərdir mütəmadi şəkildə reallaşdırılan və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu təcrübə olduğunu bildirib. O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçkilərlə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Mərkəzin təkmil fəaliyyətinə dair təəssürat və tövsiyələrini bölüşən MSK sədri qeyd edib ki, layihənin başlıca məqsədi seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində əhəmiyyətli rol oynayan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir.

Sədr Məzahir Pənahov tanışlıq zamanı, həmçinin Mərkəzdə çalışan jurnalistlərlə söhbət edib, onların fikirlərini dinləyib.
Tanışlıqdan sonra MSK sədri həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də Milli Məclisə seçkilərdə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, jurnalistlərin suallarını cavablandırıb.
Qeyd etmək lazımdır ki, Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq. Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdən sərbəst istifadə edə bilərlər.
Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçkilərlə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir. Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər paylaşılır.









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar