“Ermənistan ərazisindən Rusiya hərbçilərinin dislokasiyası müxtəlif istiqamətlərdə davam edir”.
Manevr.az xəbər verir ki,bu sözləri politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, rus hərbçiləri avqust ayının 1-də uzun müddətdir xidmət etdikləri Zvartnots hava limanını tərk etdilər:
“Rusların hava limanını tərk etməsi Ermənistandan getməsi kimi başa düşülür. Bu, düzgün yanaşma deyil. Sadəcə, yerdəyişmə edirlər. “Zvartnots”u tərk edən ruslar İran və Türkiyə ilə sərhəddə yerləşib. Yəni rus hərbçiləri hələ də Ermənistandadır”.
Politoloq qeyd edib ki, rusların Kərki kəndi yaxınlığından çıxması gözlənilirdi:
“Belə ki, delimitasiya prosesi çərçivəsində Qazaxın dörd kəndi Azərbaycana təhvil verildi. Ruslar başa düşür ki, gec-tez digər anklavlar, habelə Kərki kəndi Azərbaycana qaytarılacaq. Buna görə də indidən həmin əraziləri tərk edirlər. Bəlkə də yaxın gələcəkdə Azərbaycan silahlı qüvvələri delimitasiya prosesi çərçivəsində anklavlar olan ərazilərə girəcək”.Globalinfo.az
Xəbər lenti
Azərbaycan Ordusu bu ərazilərə girə bilər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar