Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisdə 89 yaşlı deputat: Hamı ondan danışacaq -ŞƏKİL

Tarix: 07-08-2024 18:43     Baxış: 460 A- / A+

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Namizədliyi qeydə alınmış şəxslər 2 gün sonra təbliğat-təşviqat kampaniyasına başlayacaqlar. 21 gün sonra isə, seçicilərə düşünmək üçün 24 saat vaxt veriləcək və bununla da ölkənin həyatında daha bir mühüm kampaniya geridə qalmış olacaq.
Manevr.az yenisabah.az-a istinadən xəbər verir ki, seçkinin birinci mərhələsi maraqlı nüanslarla yadda qalıb. Hakim Yeni Azərbaycan Partiyasının 125 seçki dairəsi üzrə irəli sürdüyü namizədlərin hər biri müvafiq DSK-lar tərəfindən qeydə alınıb. Bununla paralel olaraq, Müsavat, ReAl, KXCP, ADP, Ümid kimi aparıcı müxalifət partiyalarının da üst-üstə 100-dən artıq namizədliyi qeydiyyata alınıb.
Məlum olduğu kimi, bu dəfəki parlament seçkilərində də, hakimiyyət və müxalifət təmsilçiləri ilə yanaşı, bitərəflər də deputat mandatı uğrunda mübarizə aparır. Onların arasında kifayət qədər tanınmış ictimai-siyasi xadimlər, sabiq millət vəkilləri də var.
Həmin şəxslərdən biri - akademik Ziyad Səmədzadə növbəti dəfə namizədliyini irəli sürüb. 84 yaşlı Ziyad Səmədzadənin yenidən seçki mübarizəsinə qoşulması müzakirəsiz ötüşməyib.
Qeyd edək ki, Ziyad Səmədzadə üçüncü, dördüncü, beşinci və altıncı çağırışda Milli Məclisin deputatı olub. O, parlamentin İqtisadi-siyasət, Sənayə və sahibkarlıq komitəsinin, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvüdür.
Ziyad Səmədzadə 2020-ci ildə keçirilən parlament seçkilərində olduğu kimi, bu dəfə də namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.
Ziyad Səmədzadə sentyabrın 1-də deputat seçiləcəyi və 5 illik müddəti sağ-salamat başa vuracağı təqdirdə, Milli Məclisin tarixində ən yaşlı deputat kimi qalacaq. Həmin vaxt akademikin 89 yaşı olacaq. 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar