Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

İran-İsrail müharibəsi başlayır – Azərbaycan ilk bu addımı atacaq

Tarix: 06-08-2024 16:43     Baxış: 373 A- / A+

İranla İsrail arasında gərginlik getdikcə artır. Tərəflər müharibə ərəfəsindədirlər. İran Hərbi Hava Qüvvələri zərbə aviasiyasını, İsrail tərəfi isə hava hücumundan müdafiə sistemlərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Manevr.az xəbər verir ki,İran-İsrail gərginliyinin artan templə davam etdiyi bir zamanda region ölkələri məsələyə mövqelərini bildirirlər. Belə ki, Misir bu gərginlik fonunda tərəfsiz olduğunu açıqlayıb, həm Tehrana, həm də Təl-Əvivə xəbərdarlıq edib. Mümkündür ki, bənzər yanaşmanı Səudiyyə Ərəbistanı və İordaniya da açıqlayacaq. İndiki məqamda əsas sual budur: Azərbaycanın mövqeyi necə olacaq?
Rəsmi Bakı ehtimal İran-İsrail müharibəsi və ya toqquşması halında bitərəf qalacaq. Hava və quru sərhədini hər iki ölkəyə bağlaması da istisna deyil.
İsrail Azərbaycanın strateji hərbi-iqtisadi tərəfdaşıdır. İki ölkə arasında yüksək səviyyədə əlaqələr var. Amma bu əlaqələr təmənnasız deyil, tərəflərin qarşılıqlı maraqları çərçivəsindədir. Azərbaycanın İsrail-İran gərginliyində tərəfsiz qalması İsrailin də maraqlarına uyğundur. Rəsmi Təl-Əviv Cənubi Qafqazdakı tərəfdaşının İranla gərginlik içərisində olmasını istəmir. Çünki güclü bir Azərbaycan onsuz da İran üçün regionda kifayət qədər ciddi problemdir.
İrana gəldikdə isə İran ənənəvi olaraq Bakının Təl-Əvivə dəstək verəcəyini düşünəcək. Hətta bu məqsədlə sərhəddə əlavə qüvvələr də cəmləyə bilər. Lakin İran bunu tədbir üçün edəcək. Yəni o da yaxşı bilir ki, Bakı Tehrana qarşı hər hansı neqativ addım atmaz.
Azərbaycan münaqişələrin dinc və beynəlxalq hüquq çərçivəsində həllindən yanadır. Rəsmi Bakı indiki məqamda tərəfləri uzlaşdırmaq, gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını təqdim edə bilər. Bunun xaricində hər hansı bir tərəfi tutması mümkün deyil.Globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar