Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan “asan tikə” deyil - Mixaylov

Tarix: 06-08-2024 14:45     Baxış: 364 A- / A+


İndi Qərbin “Ermənistan” adlı əməliyyatı son mərhələsinə qədəm qoyur.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Qərbin səyləri sayəsində Ermənistan artıq antirusiya forpostuna çevrilir. Müstəqil dövlət, siyasətin müstəqil aktoru deyil. Onu müstəqil siyasət yürütmək istəyən bütün region ölkələrinə qarşı çıxaracaqlar. Ermənistanın özü üçün Qərbin nəzarətinə keçid dövlətçiliyin itirilməsi təhlükəsi yaradır. Cənubi Qafqaz dünyanın mühüm strateji geosiyasi nöqtələrindən biridir. Yaxınlığında Rusiya, İran, Türkiyə var. Orta Asiya da yaxınlıqdadır. Ona görə də Qərb ona sahib çıxmaq istəyir, bütün Cənubi Qafqazı öz nəzarətinə götürməyə çalışır”, - o bildirib.
Mixaylov qeyd edib ki, “Xarici agentlər Haqqında qanun qəbul edəndən sonra Qərb indi Gürcüstana təzyiq göstərməyə çalışır:
“Qərb artıq Gürcüstan dövlətinə yardımının bir hissəsini dondurub. Hər şey Qərbin oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisində qərbyönlü müxalifətin qalib gəlməsini təmin etməsinə doğru gedir. Əgər bu baş verərsə, onda üç Cənubi Qafqaz dövlətindən ikisi Qərbin nəzarəti altında olacaq. Qərb həqiqətən də Azərbaycana təsir etmək istəyir, amma buna nail olmur. Azərbaycan öz suveren siyasətini həyata keçirir, siyasi və iqtisadi cəhətdən sabit dövlətdir. Azərbaycanın ciddi tərəfdaşları var - Rusiya və Türkiyə, onların da regionda öz aydın milli maraqları var. Bakının beynəlxalq aləmdə statusu ancaq yüksəlir. O, dünyada baş verən bir çox siyasi proseslərin təşəbbüskarıdır. Və bu gün Azərbaycan götürüb “udulacaq” qədər sadə bir ölkə deyil. Bu həm də ondan irəli gəlir ki, rəsmi Bakı ötən ilin sonundan ABŞ, AB və Fransaya qarşı tənqidləri artırıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar