Xəbər lenti
Marketlərdə köhnə məhsul satılır - VİDEO
Bakıda marketdən qatıq alan şəxs gördüyü mənzərə qarşısında heyrətlənib. Adətən ağ rəngdə olan qatıq elə kiflənib ki, üz hissəsnin rəngi dəyişib. Manevr.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bu mənzərə ilə Bakı yaşayan Saxvəli Vəliyev qarşılaşıb.
Məhsulun satıldığı marketdən isə bildirilib ki, sözügedən qatıq ''uzun ömür süd məhsulları'' MMC nin məhsuludur. Həmin məhsulda tez-tez belə xarab olma halı aşkarlanır. Buna görə məsuliyyət istehsalçının üzərində düşür. Məhsulun son istifadə tarixi 18 iyun olduğuna görə bu məhsulu satışdan yığışdırmayıblar.
Bu qatığın isthesalçısı olan şirkət ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Buna səbəb isə məhsulun üzərində göstərilən nömrəyə cavab verilməməsi olub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, məhsulun vaxtı bitmədən xarab olması o mənaya gəlir ki, onun saxlama şəraitinə əməl edilməyib.Bu hala görə sahibkar 400 ,məhsulun üzərində son istifadə tarixinin oxunaqlı olmamasına görə isə 1500 manat miqdarında cərimə oluna bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar