Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dil millətin mövcudluğunu sübut edən əsas amillərdən biridir

Tarix: 01-08-2024 18:57     Baxış: 370 A- / A+
 
Müşfiq Məmmədli,
Milli Məclisin üzvü

Xalqımızın milli mənəvi varlığını özündə yaşadan Azərbaycan dili hər birimiz üçün müqəddəsdir.
İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, bizim müqəddəs vətəndaşlıq borcumuzdur.
Hələ ötən əsrin 70-ci illərin ortalarında SSRİ-də milli dillərin sıxışdırılması prosesinə start verilmiş, məhz həmin dövrdə Ulu Öndərin dil məsələsi ilə bağlı ortaya qoyduğu cəsarətli və qətiyyətli mövqeyi Azərbaycan dilinin dövlət dili statusu almasına səbəb olmuşdur.
Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili rəsmi olaraq öz əksini tapıb. Bu tarixi hadisə gələcəkdə müstəqilliyini əldə edəcək Azərbaycan üçün mütləq və vacib idi.
Ulu Öndər hələ o dövrdən dövlət rəmzi olan dilimizin təkmilləşdirilməsi üçün dilçi alimlərə bütün mümkün şəraiti yaratmışdı. Ölkə əhəmiyyətli bu hadisənin məntiqi sonluğu kimi aparılan müzakirələrdən sonra 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz əksini tapır.

Ümummilli Lider 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan dili və əlifbası günü kimi qeyd edilir. Ölkə əhəmiyyətli qərarlar Ümummilli Liderin dövlət dilinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Ölkə rəhbərinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır.
Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Cənab Prezidentin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar