Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər təşvişdə: O azərbaycanlılar İrəvana qayıtsa...

Tarix: 31-07-2024 18:15     Baxış: 365 A- / A+


Ermənistan Qarabağdan köçən ermənilərin geri qaytarılması məsələsini təkrar gündəmə gətirir. İrəvanın bununla iki məsələdə hədəfinə nail olmağa çalışdığı bildirilir. Birincisi, Qərbi azərbaycanlıların tarixi torpaqlara qayıdışını əngəlləmək, ikincisi isə Zəngəzur dəhlizinin açılmasını təxirə salmaq. Bir sözlə, Ermənistan Qarabağdan köçən ermənilərdən Bakının şərtlərini yerinə yetirməmək üçün alət kimi istifadə edir.
Manevr.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Globalinfo.az-a açıqlamasında Baş nazir Nikol Paşinyanın əslində ermənilərin Qarabağa qayıdışının əleyhinə olduğunu bildirib.
"Birincisi, ermənilərin Qarabağa qayıdışı azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını da şərtləndirəcək. Əgər İrəvan Bakıdan bunu tələb edərsə, adekvat tələblə üzləşəcək və bunu etməyə məcbur olacaq. Ermənistan isə azərbaycanlıların qayıdışını istəmir.
İkincisi, ermənilər qayıdarsa, Azərbaycan vətəndaşlığı altında yaşayacaqlar. Onların isə artıq Azərbaycan sərhədləri daxilində separatizm ocağı yaratmaq imkanları yoxdur. Çünki Bakı bu vəziyyəti daha əvvəl yaşayıb, təcrübəsi var. Həmçinin, Qarabağa qayıda biləcək ermənilərin sayı çox az olacaq. İşğal dövründə köçən ermənilərin daha belə bir haqqı yoxdur. Sadəcə əvvəllər Azərbaycan SSR-də yaşayanlar və onların nəsillərindən olanlar geri qayıtmaq hüququna malik ola bilərlər. Lakin həmin şəxslərin də sayı çox deyil. Qərbi azərbaycanlıların sayı isə 300 mindən çoxdur, bəlkə də bir milyona yaxındır. Onların geri qayıtması Ermənistan daxilində güclü Azərbaycan icmasının olması deməkdir. Bu, təbii ki, Azərbaycanın təsir imkanlarını artıracaq. Nikol Paşinyan hakimiyyəti isə bunu istəmir”, - A.Nərimanlı qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, eyni yanaşmanı Zəngəzur dəhlizinə də aid etmək mümkündür:
“Bu baxımdan, rəsmi İrəvanın ermənilərin Qarabağa qayıdışına imkan verəcəyi inandırıcı deyil. Məsələ ilə bağlı yayılan informasiyalar medianın tirajına hesablanmış ola bilər. Ermənistanın məsələni Azərbaycana qarşı təzyiq aləti kimi də daim gündəmdə saxlama çalışma ehtimalı da var”.
Xatırladaq ki, bir qədər əvvəl Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan ermənilərin qayıdışı ilə bağlı açıqlama vermişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar