Xəbər lenti
Şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən kitabın təqdimatı olub - ŞƏKİLLƏR

Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışıb və kitab haqqında dolğun məlumat verib. Kitabın müəllifi hərbi jurnalist Ötərxan Eltacdır. Vətənimizin azadlığı, bütövlüyü, suverinliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib. Söz Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müavini Vüsal Sehranoğluna verildi. O, qeyd etdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan Zaur İsmaylzadədən bəhs edən kitab gənclərə bir örnəkdi.

Tədbirin davamıı Lənkəranda oldu. Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən ''Buğra tələsi'' kitabının təqdimatı və anadan olmasının 29-cu ili münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq, şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı. Şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Dövlət himnimiz səsləndirildi. Lənkəran şəhər İcra başçısının müavini Ülviyyə Əliyeva bizi birliyimizə, bütövlüyümüzə qovuşduran qəhrəman oğulların şücaətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından söz açdı. Zaur İsmayılzadədən bəhs edən video-çarx göstərildi. Kitabın müəllifi Ötərxan Eltac, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Brilyant Atəş, Mübariz Süleymanlı, Rafiq Abbasov və neçə-neçə söz sahibləri qazilər və musiqiçilər çıxış etdi. Güllü Eldar Tomarlı sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir başa çatdıqdan sonra şəhidin məzarı ziyarət olundu.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar