Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Ötərxan Eltacın "Buğra tələsi" adlı yeni kitabı nəşr edilib

Tarix: 29-07-2024 09:58     Baxış: 385 A- / A+
Hərbi jurnalist Ötərxan Eltacın yeni kitabı oxucuların ixtiyarına verilibCəsarəti ilə qəhrəmanlıq dastanı yazan şəhid Zaur İsmayılzadənin döyüş yolu "Buğra tələsi"nin səhifələrinə işıq tutub.
Ötərxan Eltac-jurnalist: Zaur Nizami oğlu İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəranın İstisu qəsəbəsində anadan olub. Göytəpə şəhərində orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmət keçib. 2015-2017-cı illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında "gizir" rütbəsində yenidən xidmətini davam etdirib. Atası Nizami İsmayılov  Birinci Vətən (Qarabağ) müharibəsinin iştirakçısıdır, anası Sevil Hüseynova da tibb bacısı olaraq ön cəbhədə xidmət keçib, neçə-neçə yaralını ölümün cəngindən qurtarıb. Hətta İkinci Vətən müharibəsi başlayanda yenə də tibbi ləvazimatlarını toplayaraq cəbhə xəttinə yollanıb. Zaur 2016-cı ildə Aprelin döyüşlərində iştirak edib. Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində qazanılan uğurda onun da xüsusi payı var. Həmin döyüşlərdə Ohanyan xəttinin darmadağın edilməsində əlindən gələni əsirgəməyib. Zaur döyüşün son günü ağır yaralandığına görə 2017-ci ildə ordudan tərxis olunub. 27 sentyabr 2020-ci ildə İkinci Vətən müharibəsi başlayan gün Zaur da könüllü olaraq ordu sıralarına qoşulub. Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı Buğra dərəsində düşmənə ağır zərbə vurduqdan sonra şəhidliyə ucalıb. O gün düşmən həm xeyli canlı qüvvə, həm də ağır texnika itirib.  Zaur Nizami oğlu İsmayılzadə döyüşlərdə göstərdiyi rəşadətə görə, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Maştağa qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır, yaşadığı evin qarşısında isə onun adını daşıyan xatirə-bulaq kompleksi sakinlərin istifadəsinə verilib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar