Xəbər lenti
Ötərxan Eltacın "Buğra tələsi" adlı yeni kitabı nəşr edilib
Hərbi jurnalist Ötərxan Eltacın yeni kitabı oxucuların ixtiyarına verilib. Cəsarəti ilə qəhrəmanlıq dastanı yazan şəhid Zaur İsmayılzadənin döyüş yolu "Buğra tələsi"nin səhifələrinə işıq tutub.
Ötərxan Eltac-jurnalist: Zaur Nizami oğlu İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəranın İstisu qəsəbəsində anadan olub. Göytəpə şəhərində orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmət keçib. 2015-2017-cı illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında "gizir" rütbəsində yenidən xidmətini davam etdirib. Atası Nizami İsmayılov Birinci Vətən (Qarabağ) müharibəsinin iştirakçısıdır, anası Sevil Hüseynova da tibb bacısı olaraq ön cəbhədə xidmət keçib, neçə-neçə yaralını ölümün cəngindən qurtarıb. Hətta İkinci Vətən müharibəsi başlayanda yenə də tibbi ləvazimatlarını toplayaraq cəbhə xəttinə yollanıb. Zaur 2016-cı ildə Aprelin döyüşlərində iştirak edib. Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində qazanılan uğurda onun da xüsusi payı var. Həmin döyüşlərdə Ohanyan xəttinin darmadağın edilməsində əlindən gələni əsirgəməyib. Zaur döyüşün son günü ağır yaralandığına görə 2017-ci ildə ordudan tərxis olunub. 27 sentyabr 2020-ci ildə İkinci Vətən müharibəsi başlayan gün Zaur da könüllü olaraq ordu sıralarına qoşulub. Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı Buğra dərəsində düşmənə ağır zərbə vurduqdan sonra şəhidliyə ucalıb. O gün düşmən həm xeyli canlı qüvvə, həm də ağır texnika itirib. Zaur Nizami oğlu İsmayılzadə döyüşlərdə göstərdiyi rəşadətə görə, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Maştağa qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır, yaşadığı evin qarşısında isə onun adını daşıyan xatirə-bulaq kompleksi sakinlərin istifadəsinə verilib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar