Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Serbiya Respublikasının mədəniyyət naziri, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, görüşdə zəngin tarixə malik Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Dövlət başçıları arasında əldə olunan razılaşmaların praktiki icrasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tərəflər Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının önəminə toxunublar.
Görüşdə, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Xəbər lenti
Baş nazir Serbiya rəsmisi ilə əməkdaşlığı müzakirə etdi

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar