Xəbər lenti
Rusiya 48 saat vaxt qoydu – Azərbaycanlıların köçü başlayır?
Rusiya Dövlət Duması yeni miqrasiya rejiminin tətbiqi ilə bağlı qanun layihəsini son oxunuşda qəbul edib. Polisə xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan inzibati qaydada çıxarılması barədə qərar qəbul etmək səlahiyyəti verən qanun da qəbul edilib və deportasiya edilmiş şəxslərin reyestrinin yaradılması nəzərdə tutulub. Yeni qaydalara əsasən, polisin qərarı ilə deportasiya 48 saatdan gec olmayaraq həyata keçiriləcək.
Bu qərar Rusiyada yaşayan həmvətənlilərimiz üçün təhlükə daşıyırmı?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Rusiya-Ukrayna münaqişəsi hələ uzun müddət davam edəcək:
“Rusiya ölkə daxilində təhlükəsizliyini təmin etmək üçün bu kimi qərarlar qəbul edir. Moskvada baş verən son terror hadisəsi göstərdi ki, xarici xüsusi xidmət orqanları Rusiyada yaşayan miqrantlardan öz əməlləri üçün istifadə edir. Onlar həmin xidmət orqanlarının təsir dairəsindədir və idarə olunurlar. Bu səbəbdən rəsmi Moskva belə addımların atılmasını zəruri hesab edir. Ölkədə yaşayan hər kəs qəbul edilən qərarlara tabe olmalıdır”.
Azad Məsiyev Rusiyada yaşayan azərbaycanlı əmək miqrantlarının bu qaydalara qeyd-şərtsiz əməl etməli olduğunu vurğulayıb:
“Hər hansı təhlükə yaradacaq, qanuna zidd fəaliyyət göstərilməməlidir. Bu qanun rəsmi Moskvanın dövlət və milli maraqlarına uyğundur. Sözügedən məsələni yalnız soydaşlarımıza aid etməməli, bütün vətəndaşlara və qeyri-ölkə vətəndaşlarına şamil olunduğunu unutmamalıyıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar