Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ qazisi ilə Abel Məhərrəmovla bağlı Ali Məhkəməyə müraciət edəcək

Tarix: 23-07-2024 09:02     Baxış: 494 A- / A+


"Abel Məhərrəmovun mənə məxsus torpaq sahəsini hüquqi yollarla geri almaqda israrlıyam". Bu sözləri Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov deyib.

Onun sözlərinə görə, birinci instansiya və apellyasiya məhkəmələrini uduzmasına baxmayaraq, mübarizəsini davam etdirəcək. 
"Xızı Rayon Məhkəməsinin qərarı ədalətsiz idi. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxaldı. Əlimdəki sübutlara diqqət yetirən olmadı. Lakin geri çəkilmək niyyətində deyiləm. Ali Məhkəməyə kassasiya şikayəti hazırlayıram. Yaxın vaxtlarda şikayəti təqdim edəcəyik", deyə Nazim Əmirov bildirib. 
Polkovnik-leytenant qeyd edib ki, bundan əlavə Məhkəmə-Hüquq Şurasına da müraciət etməyi düşünür. 
Nazim Əmirovla Abel Məhərrəmov arasındakı mübahisənin detallarına gəlincə, Qarabağ qazisi 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir. 
Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.bizimxeber.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar