Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan ədalətli sülh bağlamaq istəmir - Korotçenko

Tarix: 21-07-2024 12:34     Baxış: 388 A- / A+


Ermənistan Azərbaycanla ədalətli şərtlərlə sülh bağlamaq istəmir.
Manevr.az Trend-ə istinadla xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko “Yalan rəvayətlərin ifşası: dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində deyib.
"Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda Böyük Britaniyada keçirilən qlobal beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edib. Bu, Ermənistanın mövqeyinin ikili olduğunu, ədalətli prinsiplər əsasında sülh müqaviləsi bağlamaq istəmədiyini göstərir. Bunlar Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi beş prinsipdir", - Korotçenko bildirib.
Onun sözlərinə görə, Fransa kimi ölkələr İrəvana təsir göstərməyə, sülh müqaviləsinin hazırlanmasını və bağlanmasını ləngitməyə çalışır.
O bildirib ki, Fransa Ermənistanı silahla vurmaq və onu yeni qeyri-sabitlik mənbəyinə çevirmək istəyir:
"Ona görə də vəziyyət çətindir, amma düşünürəm ki, Azərbaycan diplomatiyası qarşısına qoyduğu məqsədlərə çatacaq. Sülh müqaviləsi hər kəs üçün vacibdir. Rusiya bu sənədin imzalanmasını gözləyir. Biz çox istərdik ki, bu, heç olmasa bu ilin sonuna qədər, bəlkə də noyabrda baş versin. Amma hələ ki, Paşinyanın mövqeyi, təəssüf ki, nikbinliyə imkan vermir. İrəvanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə məcbur etmək vacibdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar