Xəbər lenti
Azərbaycan Avropa üçün vacib və etibarlı tərəfdaşdır – Aqil Məmmədov
Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışında olduqca vacib məqamlara toxunub. Ölkəmizin başçısı enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlığın önəmindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan Avropaya qaz təchizatını 2027-ci ilin sonuna qədər ikiqat artırmağı nəzərdə tutur. Bu hədəfə doğru atılan addımların əhəmiyyəti xüsusi ilə qeyd edilib.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ölkə başçısının da vurğuladığı kimi 2021-ci ildə Avropa qitəsinə Azərbaycanın qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq: “2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr həcmində müəyyənləşib. Bu isə ixracın yarıdan çoxunun Avropaya istiqamətləndiyini göstərir. Eyni zamanda Azərbaycanın təbii qazını səkkiz ölkə alır ki, onlardan beşi – yəni, Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İki ölkə isə Avropa İttifaqına daxil olmaq üçün namizəddir”.
Deputat bildirib ki, Gürcüstan, Serbiya, Türkiyə və Sloveniya Azərbaycanla qaz əməkdaşlığı istiqamətində mühüm addımlar atır: “Burada yeni tərəfdaşlıqlar da mövcuddur. Həmçinin Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Məhz bunun nəticəsində Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Bütün bu addımlar isə hər bir tərəf üçün mühüm imkanlar yaradacaq. Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq deyən cənab Prezident qarşıda böyük hədəflərin olduğunu diqqətə çatdırıb. Əldə edilən bu uğurlar isə sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amillərdir. Məhz bu uğurlu siyasətin nəticəsi olaraq Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırıb”.
Millət vəkili Azərbaycanın enerji siyasətində strateji hədəflərinə diqqət çəkib: “Burada vacib istiqamət Azərbaycan yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qaz çatdırmasıdır. Təbii ki, bu məsələdə yeni tərəfdaşlarla addımlamaq əsas şərtlərdən biridir. Azərbaycan cənab Prezidentin də vurğuladığı kimi bu istiqamətdə Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirmək niyyətindədir. Həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində daha çox çalışmaq kimi vacib hədəflər mövcuddur”.
Aqil Məmmədov hesab edir ki, bütün bu uğurlara davamlı və sabit əməkdaşlıq üzərində əldə edilmiş nəticələrlə nail olmaq mümkündür: “Azərbaycanın lazımi resursları və infrastrukturu var. Eyni zamanda bu sahədə inkişaf strategiyası da mövcuddur. Məhz 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edb. Bu ölkəmiz və tərəfdaşlar üçün tarixi bir nailiyyətdir. Ölkəmizin başçısı da bildirib ki, indi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir”. Bu bir reallıqdır ki, üç ildən artıqdır Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Azərbaycanın əsas ixrac qaz kəməri olan – Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Bu xüsusda Azərbaycan artıq təchizatçı ölkə kimi öz mövqeyini gücləndirir. Azərbaycan Prezidenti də vacib beynəlxalq tədbirdə çıxışında ölkəmizin bütün sahələrdə qarşıya qoyduğu hədəflərə nail olacağını və etibarlı, vacib tərəfdaş kimi önəmini bir daha diqqətə çatdırıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar