Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
16-10-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibədə itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhidin Yevlaxda dəfn mərasimi keçirilib

Tarix: 19-07-2024 18:40     Baxış: 375 A- / A+




Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Hümbətov Bəxtiyar Əliş oğlunun dəfn mərasimi keçirilmişdir.
Manevr.az xəbər verir ki, mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidin ailə üzvləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları ictimaiyyət nümayəndələri, iştirak etmişlər. Şəhid Bəxtiyar Hümbətov Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn olunmuş, Şəhidin ruhuna dualar oxunmuş, məzarının üzərinə əklil, gül dəstələri düzülmüşdür. Şanlı üçrəngli Bayrağımız şəhidin anası Səyyarə Hümbətovaya təqdim edilmişdir. Şəhid Bəxtiyar Hümbətov 1974-cü ildə Yevlax şəhərində anadan olmuş, Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il fevral ayının 14-də Murovdağ istiqamətində itkin düşmüşdür.


Sevda Sabirli
Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar