Xəbər lenti
Hacıqabulun Abdulabad kəndi 21 -ci əsrdə ibtidai icma dövrünü yaşayır

İşıq idarəsinin məsullarından işığın sönmə səbəbini soruşduqda hərəsi bir yalan uydurur. Kəndin işıqçısı Rabil bir ayrı nağıl deyir, işıq idarəsinin müavini Kamil bir ayrı sicilləmə uydurur. Hamısı məsuliyyəti boynundan atır. 21 -ci əsrdə kənd ibtidai icma dövrünü yaşayır.
Bu gün də işığın sönmə səbəbini soruşsam da hamısı yenidən məsuliyyəti boynundan atdı. Kəndin işıqçısı Rabil tezliklə işığı yandıracağına söz versə də heç bir nəticə vermədi. Əksinə telefonu biryolluq bağladı. Zəng çatmadı. Kamilsə bir -iki nağıl uydurduqdan sonra telefonu söndürdü. Arxalı köpək qurd basar misalı.
Onların bu hərəkəti dövlətçiliyə qarşı zərbədi. Yenidənqurma neçə il davam edəcək? Üç ildi eyni təranə, eyni nağıl. Atam Kolanı kənd sakini olsa da onu 12 klometr uzaqlıqdan Abdulabad ərazisində gələn işıqla təmin edirlər. Buna təmin etmək demək olarsa. Qırıq , köhnə işıq xətti ancaq təhlükə yaradır.
Dəfələrlə Hacuqabul rayon İşıq idarəsinə müraciət edilsə də, atamı Kolanı kəndinin işığı ilə təmin etmirlər. Bu da bir qanunsuzluq. Əminəm ki, aidiyyatı qurumlar bu özbaşınalığa son qoyacaq və məsuliyyətdən boyun qaçıranlar öz cəzalarını alacaqlar.
Təranə Dəmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar